“A-Qrup Sığorta” şirkəti “Umico” ilə əməkdaşlığa başlayıb.
“A-Qrup Sığorta” şirkətindən FED.az-a verilən məlumata görə, “Umico” ilə əməkdaşlıq nəticəsində müştərilərin sığorta məhsuluna görə ödədikləri vəsaitin bir hissəsi keşbek olaraq müştəriyə qayıdacaq.
Eləcə də bax: "A-Qroup" hesabat - AÇIQLADI - BÜTÜN GÖSTƏRİCİLƏR ARTIB
Məlumata görə, “A-Qrup sığorta” şirkətindən avtomobil sığortası və ya əmlak sığortası alan şəxslər 10% keşbek qazanacaqlar. Nəqliyyat vasitələrinin kasko sığortası üçün 5%,fiziki şəxslərin ailə tibbi sığortası üçün 3%, səyahət sığortası üçün 10%, fiziki şəxslərin özəl tibbi sığortası üçün 3% keşbek qazanmaq mükündür.
Keşbek yalnız "A-Qrup Sığorta" ofislərində ödəniş etdikdə tətbiq olunur