Azərbaycan sığorta bazarında 24 ildir ki uğurlu fəaliyyət göstərən A-Qroup 2019-un birinci yarım ili üçün nəticələri açıqlayıb.
Şikətdən FED.az saytına verilən məlumata görə, cari ilin altı ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 291 092,50 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 983 791,30 AZN çox olmuşdur və bu da müqayisədə 30 % artım deməkdir.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 3 280 237,64 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur.
KASKO üzrə sığorta haqları 2 dəfədən artıq, əmlak üzrə isə 2,5 dəfə artıb və bu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
2019-un birinci yarım ili ərzində A-Qroup-un sığortalıları 4 112 955,82 AZN məbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 3 998 997,55 AZN təşkil etmişdir.
Ortalama olaraq A-Qroup 2019-cu ilin altı ay ərzində hər gün müştərilərinə 22 000 AZN məbləğində ödəniş həyata keçirmişdir.
A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.
"A-Qroup"un yığımlarının həcmi - KƏSKİN ARTIB
13:34
24 İyul 2019