Sığorta

“A-Qroup”un topladığı sığorta haqlarında - 74% ARTIM

“A-Qroup”un topladığı sığorta haqlarında - 74% ARTIM | FED.az
09:52 28 Aprel 2020

Gücləndirilmiş karantin tədbirlərinə və işçilərin iştirakının minimuma endirilməsinə baxmayaraq, “A-Qroup” sığorta polisini tərtib etmək, sığorta hadisələrini həll etmək və ödənişləri həyata keçirməklə müştərilərinə dəstək olmağa davam edir.

Eləcə də bax: “A-Qrup Insurance” sığorta məhsulu alanlara – PULLARININ BİR HİSSƏSİNİ GERİ QAYTARACAQ

FED.az xəbər verir ki, A-Qroup Sığorta Şirkəti, 2020-ci ilin I rübü üçün fəaliyyəti üzrə maliyyə nəticələrini açıqladı. Maliyyə hesabatlarına əsasən, bu ilin ilk üç ayında şirkətin topladığı sığorta haqlarının ümumi həcmi 3 020 141,49 AZN təşkil edib ki, bu rəqəm 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 283 184,15 AZN və ya 74% çoxdur.

Ənənəvi olaraq şirkətin ümumi gəlirlərinin böyük hissəsi könüllü tibbi sığortanın payına düşmüş və 2 560 116,83 manat təşkil etmişdir.

A-Qroup tərəfindən 2020-ci ilin I rübü üzrə həyata keçirilən ödənişlərin ümumi məbləği 2 222 486,70 manata çatmış və ən çox ödəniş edilən sığorta növü könüllü tibbi sığorta olmuşdur. Orta hesabla, 2020-ci ilin ilk 3 ayında şirkət hər gün sığortalıya 23000 manatdan çox pul ödəmişdir.

Pandemiya səbəbiylə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, şirkətin hesabat dövrünün nəticələri sabit müsbət dinamikasını nümayiş etdirir. Bu göstəricilər A-Qroup sığorta şirkətinin öz öhdəliklərini yerinə yetirdiyini bir daha sübut edir.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.

Digər xəbərlər

Banner