Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “A-Qroup” daşınmaz əmlak sığortası sahəsində 2019-cu ildə böyük uğurlara imza atıb.
Şirkətdən FED.az saytına verilən məlumata görə, 2019-cu ilin nəticələrinə əsasən, daşınmaz əmlak sığortası üzrə gəlir haqlarının həcmi 2018-ci illə müqayisədə demək olar ki, 515% və ya təxminən 6 dəfə artmışdır. Bu isə “A-Qroup” şirkətinin sabit müsbət artım dinamikasının sübutudur.
Əmlakınızın A-Qroup tərəfindən sığortalanması, onun qorunması və ağır maliyyə itkisinin qarşısının alınması üçün əla bir yoldur. Bu xidmət günümüzdə populyar olmaqla yanaşı, çoxlu sayda müsbət rəy qazanıb.
“A-Qroup” əmlak sığortası maliyyə itkilərindən etibarlı bir müdafiədir!
Xatırladaq ki, A-Qroup sığorta şirkəti artıq 24 ildir ki, müştərilərinə qayğı ilə yanaşan və onlara beynəlxalq standartlara cavab verən bir xidmət göstərməyə davam edir.