Azərbaycan sığorta bazarında 22 ildən artıq uğurla fəaliyyət göstərən “A-Qroup” sığorta şirkəti 2018-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin baş ofisindən FED.az-a verilən məlumata görə, cari ilin ilk üç ayının maliyyə hesabatının nəticələrinə əsasən, şirkətin sığorta haqlarının həcmi 1 832 967 AZN təşkil edib ki, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə 211 000 manat və ya 13% çox olmuşdur.
Ənənəvi olaraq, ümumi yığımların böyuk hissəsi yəni 1 627 746 manatı "könüllü tibbi sığorta" növünün payına düşüb.
Həmçinin hesabat dövründə “Kasko sığortası” növü üzrə sığorta yığımlarının həcmi iki dəfə, “səyahət sığortası” məhsulu üzrə isə 65% artım qeydə alınmışdır.
2018-ci ilin I rübündə “A-Qroup” sığora şirkəti tərəfindən sığortalılara 1 693 340 AZN məbləğində ödəniş həyata keçirilib. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 1 652 707 təşkil etmişdir. Qeyd edək ki, ortalama olaraq “A-Qroup” сari ilin I rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirib.
Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
“A-Qroup” sığorta dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.
“A-Qroup”şirkəti sığorta yığımları üzrə yenidən artım nümayiş etdirib
18:16
17 Aprel 2018