30 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2025-ci ilin üç rübünə olan nəticələri açıqlayıb.
FED.az xəbər verir ki, bu ilin doqquz ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 11 158 851 AZN təşkil edib.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 9 260 374 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olub və keçən ilin hesabat dövrü ilə müqayisədə artıb.
Avtomobillərin KASKO sığortası və əmlak sığortası üzrə yığımların həcmi də artıb ki, bu da "A-Qroup" şirkətinin sabit və müsbət artım dinamikasını daha da nümayiş etdirir. KASKO sığorta üzrə yığmlar 1 119 312 AZN, əmlak sığortası üzrə isə 549 395 AZN təşkil edib.
2025-ci ilin üçüncü rübünün ərzində A-Qroup-un sığortalılarına 8 365 260 AZN məbləğində ödəniş edilib. Orta hesabla, cari ilin 9 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 31 000 AZN- nə yaxın pul ödənilib.
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 30 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.














