Sığorta bazarında 26 ilə yaxın uğurlu fəaliyyət göstərən A-Qroup 2021-ci ilin birinci yarım ili üçün nəticələri açıqlayıb.
FED.az xəbər verir ki, bu ilin altı ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 7 949 473,33 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 2 307 453,5 AZN çox olmuşdur və bu da müqayisədə 41 % artım deməkdir.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 5 895 488,97 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur.
KASKO və ƏMLAK üzrə sığorta haqları 3 dəfədən artıb və bu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
2021-ci birinci yarım ili ərzində A-Qroup-un sığortalıları 5 478 355,72 AZN məbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 5 214 488,32 AZN təşkil etmişdir.
Ortalama olaraq A-Qroup 2021-ci ilin altı ay ərzində hər gün müştərilərinə 30 000 AZN məbləğində ödəniş həyata keçirmişdir.
A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.