“A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.
"A-Qrup" avto icbari sığortanı daha da asanlaşdırdı - ONLAYN SATIŞ BAŞLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının qərarı ilə Məmməd Atakişiyev Natiq oğlu İdarə Heyətinin sədri təyin edilib.
Buna qədər isə sığorta şirkətinin sədri müvəqqəti olaraq Məmmədova Natəvan Niyaz qızı idi. O, hazırda vəzifəsini sədr müavini kimi davam etdirəcək. Bundan öncə, yəni iyuna qədər isə sədr Abas Miskərli İlqar oğlu idi və o, vəzifəsindən azad edilmişdi.
Sığorta şirkətinin Direktorlar Şurası Məmməd Atakişiyevi 2023-cü ilin mayında Sığorta Şirkətinə Təşkilati və Dayanıqlı İnkişaf üzrə Direktor vəzifəsinə dəvət etmişdi ki, o, eyni zamanda Təşkilati və Dayanıqlı İnkişaf üzrə Komitəyə də rəhbərlik edirdi.
Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.