Azərbaycan sığorta bazarının fəal iştirakçılarından “A-Qroup Sığorta” şirkətinin yığımlarında cididi artım olub.
FED.az Mərkəzi Bankın yanvar-avqust ayları üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, bu dövr ərzində şirkətin peşəkar satış komandası tərəfindən ümumilikdə 7 135 000 manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1 522 000 manat və ya 27% çoxdur.