“A-Qroup Sığorta Şirkəti” ilk 9 ayda 11 milyon 159 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə şirkətin yığımları illik müqayisədə 524 min manat (4,9%) artıb. Ötən il yığımlar 10 milyon 635 min manat idi.
Bu dövrdə ödənişlər 8 milyon 250 min manat olub. Ötən il müştərilərə 9 milyon 756 min manat ödəniş edilib.














