“A-Qroup Sığorta Şirkəti” ASC bu ilin ilk 8 ayı ərzində 10 milyon 585 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 494 min manat, yəni 4,9% artıb. Ötən il yığımlar 10 milyon 91 min manat idi.
Bu dövrdə ödənişlərin məbləği 7 milyon 180 min manat olub. Ötən il müştərilərə 8 milyon 862 min manat ödəniş edilib.