“A-Qroup Sığorta Şirkəti” ilk 10 ayda 13 milyon 620 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları illik müqayisədə 1 milyon 669 min manat (14%) artıb.
Ötən il yığımlar 11 milyon 951 min manat idi.
Bu dövrdə ödənişlər 9 milyon 326 min manat olub. Ötən il müştərilərə 10 milyon 949 min manat ödəniş edilib.












