“A-Qroup Sığorta Şirkəti” ASC-nin bu ilin birinci yarısına olan maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 182 min manat və ya 1,7% artaraq 11 milyon 130 min manata çatıb.
Gəlirlərin 9 milyon 425 manatı əsas əməliyyat gəlirlərinin (60 min manat az), 537,4 min manatı investisiya gəlirlərinin (154,1 min manat çox), 922 min manatı xalis sığorta ehtiyatlarının dəyişməsindən gəlirlər (68,9 min manat çox) və 245,1 min manatı (18,8 min manat çox) digər gəlirlərin payına düşüb.
Hesabat dövründə şirkətin xərcləri 1 milyon 46 min manat (10,9%) artaraq 10 milyon 671 min manata bərabər olub.
Xərclərin 7,8 milyon manat əsas əməliyyat xərclərinin, 2,8 milyon manatı işlərin aparılması xərclərinin 2,7 min manatı digər xərclərin payına düşüb.
Nəticədə “A-Qroup Sığorta Şirkəti” ASC bu ilin birinci yarısını 458,7 min manat xalis mənfəətlə başa vurub.
Bu ilin iyun ayının sonunda şirkətin öhdəliklərinin həcmi 14,4 milyon manat təşkil edib. Bu da, ötən ilin eyni dövrünün sonuna nəzərən 843,8 min manat, yaxud da 7% daha çoxdur. Öhdəliklərin 13 milyon manatı sığorta ehtiyatlarının, 1,4 milyon manatı kreditor borclarının payına düşür.
Yekun olaraq cari ilin iyun ayının sonuna şirkətin cəmi kapitalı 13 milyon 987 min manata bərabər olub. Kapitalın 10 milyon 5 min manatı nizamnamə kapitalının, 3 milyon 473 min manatı yenidən qiymətləndirmə üzrə ehtiyatların, 508,7 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.










![“A-Qroup Sığorta Şirkəti” müsbət nəticələr açıqladı – [red]ŞİRKƏT MƏNƏFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/916961.png)
![“A-Qroup Sığorta Şirkəti” müsbət nəticələr açıqladı – [red]ŞİRKƏT MƏNƏFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/1311908.jpeg)
![“A-Qroup Sığorta Şirkəti” müsbət nəticələr açıqladı – [red]ŞİRKƏT MƏNƏFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/1059142.jpeg)
![“A-Qroup Sığorta Şirkəti” müsbət nəticələr açıqladı – [red]ŞİRKƏT MƏNƏFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/4012576.jpeg)









