«A-Qroup» sığorta şirkəti 2019-cu il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il şirkətin əməliyyat gəlirləri 15 milyon 835,3 min manat olub. Bunun 15 124,5 min manatı birbaşa yığılan sığorta haqları, 399,1 min manatı sığoprta ödənişlərində təkrar sığortaçıların payları üzrə haqlar, 311,6 min manatı təkrarsığortaçıya verilən müqavilələr üzrə komissiya haqlarıdır.
Bundan başqa, «A-Qroup» 2019-cu ildə xalis sığorta ehtiyatlarının yaradılmasına 811 min manat ayırıb, şirkətin investisiya gəlirləri 233,6 min manat, sair gəlirləri 124,8 min manat təşkil edib.
Nəticədə 2019-cu ildə «A-Qroup»un cəmi gəlirləri 15 milyon 381,3 min manat olub.
Şireətin əməliyyat gəlirləri isə 10 664,3 min manat təşkil edib, onun 8 milyon 537 min manatı sıopta ödənişləri, 312,5 min manat isə qaytarılan sığorta haqları olub.
Bundan başqa, «A-Qroup» 2019-cu ildə təkrar sığortaılara 1 milyon 812,6 min manat təkrar sığota haqqı ödəyib. İşlərin aparılmasına isə 2 milyon 628,5 min manat xərclənib.
Nəticədə 2019-cu ildə «A-Qroup»un cəmi xərcləri 13 milyon 349,9 min manat, ümumi mənfəəti 2 milyon 31,4 min manat olub.
Şirkət 406,3 min manat mənfəət vergisi ödəyəndən sonra 2019-cu ildə onun xalis mənfəəti 1 milyon 625,1 min manat təşkpl edib.
Ümumilikdə ötən il «A-Qroup» dövlət büdcəsinə və DSMF-ə 887,9 min manat ödəyib.
Mənfəət vergisi ilə yanaşı, buraya 107,4 min manat gəlir vergisi, 267,2 min manat DSMF ödənişləri və sair aiddir.
2019-cu ildə «A-Qroup»un 828,3 min manat və ya 3,5% artaraq 24 milyon 611,7 min manat çatıb.
Şirkətin cəmi kapitalı 547 min manat azalaraq 12 milyon 563,7 min manat olub. Öhdəlikləri isə 1 milyon 295 min manat artaraq 11 milyon 948,8 min manata çatıb.