Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «A Group Sığorta Şirkəti»nin gəlirləri və mənfəəti 2023-cü ildə kəskin artıb.
"A-Qrup" avto icbari sığortanı daha da asanlaşdırdı - ONLAYN SATIŞ BAŞLADI
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə «A Group Sığorta Şirkəti»nin aktivləri 2 milyon manatdan çox artaraq 29,2 milyon manata yüksəlib.
Bunun 2,8 milyon manatı uzunmüddətli aktivlər, 26,4 milyon manat isə qısamüddətli aktivlərdir.
2023-cü ilin sonunda «A Group Sığorta Şirkəti»nin kapitalı 11 milyon 463 min manat təşkil edib. Öhdəlikləri isə 17 milyon 738 min manata yüksəlib.
2023-cü ildə «A Group Sığorta Şirkəti»nin cəmi gəlirləri 25 milyon 282 min manat təşkil edib.
Bunun 22 milyon 051 min manatı əsas əməliyyat gəlirləri, yəni toplanan sığorrta haqları və təkrar sığortaçıdan alınan vəsaitlər olub.
Xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə «A Group Sığorta Şirkəti» 2023-cü ildə 2,2 milyon manat əldə edib.
Daha 550 min manat isə şirkətin investisiya gəlirlərindən daxil olub. 2023-cü ildə «A Group Sığorta Şirkəti» 234 min manat subpoqasiya gəlirləri də əldə edib.
Ötən il şirkətin ümumi xərcləri isə 24 milyon 408 min manat təşkil edib. Bunun 15,3 milyon manatı sığorta ödənişləri, 731 min manatı qaytarılan sığorta haqları olub, daha 2,3 milyon manat isə təkrarsığortaya ayrılıb.
Nəticədə şirkətin vergidən əvvəlki illik mənfəəti 874 min manat olub. Bundan 175 min manat mənfəət vergisi ödənilib, nəticədə
«A Group Sığorta Şirkəti» 2023-cü ili 698 min manat xalis mənfəətlə tamamlayıb.
Xatırladaq ki, 2022-ci ildə «A Group Sığorta Şirkəti»nin xalis mənfəəti 57 min manat təşkil etmişdi. Başqa sözlə, 2023-cü ildə şirkətin xalis mənfəəti 12 dəfə artıb.