Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “A-Qroup Sığorta Şirkəti” ASC-nin bu ilin yanvar-avqust aylarında sığorta yığımları 12 milyon 181 min manat təşkli edib.
Eləcə də bax: Sığorta ödənişlərinin həcminə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, şirkətin sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon manat və ya 22,4% artıb.
Paralel olaraq şirkətin ödənişləri də yüksəlir. Hesabat dövründə “A-Qroup Sığorta Şirkəti” ASC 8 milyon 259 min manat sığorta ödənişi edib.
Bu ötən ilin göstəricisi ilə müqayisədə 1,3 milyon manat və ya 18% artıqdır.