FED.az xəbər verir ki, oktyabrın 17-də Gəncə şəhərində təkrarlanan terror hücumunun nəticəsində 3 yaşlı Xədicə hər iki valideynini itirdi. Uşaqın fiziki və psixoloji sağlamlığının qorunmasını özünə mənəvi borc bilən A-Qroup sığorta şirkəti onu yetkinlik yaşına qədər ildə 15.000 manat məbləğində tibbi sığorta polisi təmin edib.
A-Qroup Gəncə terrorunda ata, ana, bacısını itirən Xədicə-nin bütün tibbi xərclərini öz üzərinə götürüb
14:30
20 Okt 2020