A-Qroup Sığorta Şirkəti öz sığorta xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, eləcə də onun hüdudları xaricindəki ən qabaqcıl tibb müəssisələrində təqdim edir.
FED.az-a bu barədə şirkətdən məlumat verilib.
2023-cü il ərzində A-Qroup Sığorta Şirkəti öz sığortalıların xaricdə müalicəsini təşkil etmiş və 50000 azn müalicə xərclərini artıq ödəmişdir. Sığorta ödənişləri cərrahi müdaxilələr, tibbi müayinələr, həmçinin sığortalıların müalicəsinə görə verilmişdir. Sığortalılar Türkiyə, Almaniya, Rusiya, İsrail və İranın ən yaxşı klinikalarında müayinə olunmuş və müalicə almışlar.
Onlardan bəziləri üçün müalicənin növbəti ayları hələ qabaqdadır. A-Qroup həmin sığortalıların hər birinin tezliklə sağalmasını arzu edir və inanır ki, hər şey müsbət sonluqla yekunlaşacaq!
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 28 ildən artıq sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.