Hər hansı bir fəaliyyət sahəsində insan səhvləri mümkündür. Lakin tibb işçilərinin fəaliyyəti xüsusi məsuliyyət tələb edir, çünki bu, insanların sağlamlığı və həyatı ilə bağlıdır. Hətta yüksək səviyyədə təcrübəli həkimlər də gözlənilməz hallardan və ya insan səhvlərindən sığortalanmamışdır. Müasir tibb şəraitində tibb işçilərinin peşə məsuliyyətinin sığortalanması məsələsində heç vaxt bu qədər aktuallaşma olmamışdır. Diaqnoz səhvi, səhv dərman təyinatı və ya əməliyyatdan sonrakı fəsadlar ciddi nəticələrə səbəb ola bilər. Məhz buna görə də tibb işçilərinin peşə məsuliyyətinin sığortası etibarlı bir müdafiə təmin edilməsi baxımından xüsusilə vacibdir.
FED.az xəbər verir ki, prosesin bütün iştirakçıları – pasiyent, həkim və tibb müəssisəsi üçün rahatlığın təmin edilməsi məqsədi ilə A-Qroup pasiyentlərin iddialarına səbəb ola biləcək tibbi səhvlərlə bağlı itkiləri qarşılayan sığorta şəhadətnaməsini təklif edir. Sığorta təminatına həmçinin məhkəmə iddiaları ilə bağlı hüquqi dəstək də daxildir.
Hər bir həkim üçün peşə məsuliyyətinin sığortası niyə vacibdir?
- Reputasiyanın və karyeranın müdafiəsi
- Hüquqi dəstək
- Maliyyə müdafiəsi
- Gələcəyə inam
Sığorta olunan həkim tərəfindən peşə fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən səhvlərə, nöqsanlara aşağıdakılar aiddir:
Xəstəliyin diaqnozunun təyin edilməsi zamanı yol verilən səhvlər;
Müalicənin həyata keçirilməsi zamanı tövsiyə və məsləhətlərdə yol verilən səhvlər;
Dərman preparatlarının təyin olunması zamanı yol verilən səhvlər;
Cərrahiyyə əməliyyatlarının keçirilməsi zamanı yol verilən səhvlər;
Peşə fəaliyyətinin icrası zamanı edilən digər tibbi hərəkətlər zamanı yol verilən səhvlər.
Bu sığorta şəhadətnaməsi həkimlərə peşə vəzifələrini yerinə yetirməyə tam diqqət ayırmağa imkan verir, çünki onların karyerası və nüfuzu A-Qroup tərəfindən qorunur.
Həkimlərin peşə məsuliyyətinin sığortası – həm pasiyentin, həm də həkimin maraqlarının qorunması üçün ən effektiv mexanizmidir!
Bu, tibbi prosesin bütün iştirakçıları üçün riskləri azaltmağa qadir olan vacib bir alətdir. O, həkimləri maliyyə itkilərindən qorumaqla yanaşı, həm də xəstələrin etibarını artırır, keyfiyyətli tibbi xidmətin göstərilməsini və mübahisələrin ədalətli həllini təmin edir.
A-Qroup artıq 30 il ərzində öz prinsiplərinə və dəyərlərinə sadiq qalır, dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 30 il sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.