Azərbaycanın tibb sığortası xidmətləri bazarının lideri A-Qroup şirkəti, müştərilərinə nəinki Azərbaycanda, həmdə ölkə xaricində aparıcı klinikalarda müalicə imkanları təqdim edir.
FED.az xəbər verir ki, A-Qroup şirkətinin əməkdaşlıq etdiyi xarici klinikalar, ixtisaslaşdırılmış müalicəyə ehtiyacı olan xəstələrin bütün istəklərini təmin edir, həmçinin innovasiya, tibbi texnologiya və elmi nailiyyətlər baxımından ən müasir tələblərə cavab verir.
Ötən 2019-cu ildə A-Qroup, tibbin ən son sözünə cavab verən, xaricdə yerləşən beynəlxalq səviyyəli klinikalarda müalicə ilə bağlı 75 sığorta hadisəsini təşkil edərək xərclərini qarşılayıb. Sığorta hadisələri cərrahi müdaxilələr, onkoloji xəstəliklərin müalicəsi və tibbi müayinə ilə bağlı olub.
Sığortalananlar Türkiyə, Almaniya, Rusiya, İsrail, Ukrayna, Belarus və İranın ən yaxşı klinikalarında müayinə və müalicə olublar.
Xatırladaq ki, bu il A-Qroup 25 illik yubileyini qeyd edəcək. Bu illər ərzində şirkət müştərilərinin qeydinə qalır və 14 könüllü sığorta növü üzrə yüksək səviyyəli xidmətlər göstərir.