Şirkətdən FED.az-a verilən məlumata görə, A-QROUP ənənəvi şəkildə hər il 18 avqust ad gününü qeyd edir.
"A-Qrup" avto icbari sığortanı daha da asanlaşdırdı - ONLAYN SATIŞ BAŞLADI
28 il sadəcə yaş və təqvimdə tarix deyil. Bu səmərəli iş illəri, kiçik və böyük qələbələrin illəridir. Bu illər ərzində A-Qroup qüsursuz işgüzar reputasiya və həmkarlarının layiqli hörmətini, peşəkar ictimaiyyətin rəğbətini və müştərilərin sevgisini qazanmışdır. Fəaliyyətə başladığı ilk gündən və 28 il ərzində şirkət və etimad nümunəsidir.
A-Qroup komandası maraqı həll yolları təklif etməklə müştərilərin istəklərini reallaşdırmaq, Sığortalının istənilən məsələsini operativ şəkildə həll etmək və onun hüquqlarını müdafiə etmək, sığorta qanunvericiliyində baş verən dəyişikliklərə reaksiya vermək və hər bir müştəriyə fərdi yanaşmaq iqtidarındadır.
28 ildir ki, A-Qroup şirkətinin əsas fəaliyyət istiqaməti Sığortalıların sağlamlığının mühafizəsi,keyfiyyətli və əlçatan tibbi xidmətin təşkili olub və olaraq qalır. Bu istiqamətə gələcəkdə də sadiq qalacaq.
A-Qroup sığorta şirkəti bütün tərəfdaşlarına və həmkarlarına bu illər ərzində keyfiyyətli və səmərəli əməkdaşlığa görə təşəkkür edir. Həmçinin, bu illər ərzində bizimlə əməkdaşlığını davam etdirən daimi müştərilərə dərin minnətdarlığını bildirir. Eyni zamanda ilk günlərdən indiyədək çalışan şirkət əməkdaşlarını qeyd etmək lazımdır. Şirkətin inkişafında zəhməti olan hər kəsə etibar və əməyə görə təşəkkür edirik.
28 il ərzində A-Qroup şirkətinin sığorta sahəsində təcrübə və peşəkarlığına etimad göstərdiyiniz üçün minnətdarıq.