Bu barədə FED.az saytına şirkətin satış departamentinin müdiri Dövlət Səlimov bildirib. D.Səlimovun sözlərinə görə, bu məhsul qəza nəticəsində avtomobilə dəyən zərəri qarşılayır. Bu xidmətdən həm fiziki, həm də hüquqi şəxslər istifadə edə bilər.
«99 manata kasko»nun şərtlərinə görə, qiyməti 10-30 min manat olan avtomobillərin illik sığortası 99 manata başa gələcək. Qiyməti 30 mindən artıq olan avtomobillər üçün isə qiymət 199 manatdır. Bu ən sadə «Bronze» variantıdır və müştəriyə maksimum 2500 manatlıq ödəniş nəzərdə tutur.
Amma paketin daha böyük ödənişli variantları da var. «Silver», «Gold» və «Platinium» paketlərində ödənişlər 3500 manat, 5500 manat və 7500 manatdır, amma sığorta haqları da ona uyğun artır.
Bu paketdə avtomobilin ili ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Şərtlərə görə, qəzanı müştəri törədibsə 100 manatlıq franşizə tətbiq edilir. Qəza müştərinin günahı üzündən olmadıqda isə franşiza olmayacaq. Paketin şərtlərinə görə, evakuator xidməti də bura daxildir. Layihə iştirakçılarına digər sığorta növləri üzrə güzəştli şərtlərlə sığorta xidməti təklif edir.
Proqramdakı növlər üzrə ödənişlə aşağdakı cədvəldə tanış ola bilərsiniz:
manatla
Sığorta Təklifi | Bronze | Silver | Gold | Platinum |
Bir hadisə və ümumilikdə müqavilə üzrə öhdəliyin son həddi | 2.500 | 3.500 | 5.500 | 7.500 |
Dəyəri 30.000-dən aşağı olan avtomobillər üçün sığorta haqqı | 99 | 199 | 299 | 399 |
Dəyəri 30.000-dən yuxarı olan avtomobillər üçün sığorta haqq | 199 | 299 | 399 | 499 |