Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 9-nun bu il yanvarın 1-nə uzunmüddətli aktivləri illik müqayisədə az olub.
Eləcə də bax: Sığorta şirkətləri 2020-ci ili belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR – MƏBLƏĞLƏR (2020)
FED.az xəbər verir ki, bunlar “Xalq Sığorta”, “Günay Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Azərsığorta”, “Atəşgah Sığorta”, “Atasığorta”, “Bakı Sığorta”, “Xalq Həyat Sığorta” və “Azsığorta” ASC-lərdir.
Ən çox azalma “Azsığorta”da (56,4%), ən az azalma isə “Xalq Sığorta”da (0,2%) qeydə alınıb.
Qalan 9 sığorta şirkətinin isə uzunmüddətli aktivləri artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta”da (16,8 dəfə), ən aşağı dinamika isə “Meqa Sığorta”da (0,6%) qeydə alınıb.
3 sığorta şirkətinin uzunmüddətli aktivləri 40 milyon manatdan çoxdur
Azərbaycanda 3 sığorta şirkətinin uzunmüddətli aktivləri 40 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 3-nün bu il yanvarın 1-nə uzunmüddətli aktivləri 40 milyon manatdan çox olub.
Bunlar “PAŞA Həyat Sığorta” (232,818 milyon manat), “PAŞA Sığorta” (74,521 milyon manat) və “Xalq Sığorta” (40,012 milyon manat) ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 5-nin uzunmüddətli aktivləri 10-24 milyon manat arasında, 9 şirkətin uzunmüddətli aktivləri 1-8 milyon manat arasında, 2 şirkətin uzunmüddətli aktivləri isə 1 milyon manatdan azdır. (Renkinq)