“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra
“B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu,
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu,
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu,
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu,
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu,
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu,
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu,
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”
sözləri əlavə edilsin.
Qeyd edək ki, sözügedən fərmanın 2-ci hissəsində yeni yaradılan TƏBİB təşkilatının tərkibinə verilməyərək, Səhiyyə Nazirliyinin tabeliyində qalacaq tibb müəssisələri göstərilirdi. Prezidentin bu dəfəki fərmanı ilə Nazirliyin tərkibində qalacaq təşkilatların sayı daha da artırılıb.