Azərbaycanın sığorta bazarında 2022-ci ilin yekunları məlum olub.
Azərbaycanın sığorta bazarı - 15% BÖYÜYÜB
FED.az xəbər verir ki, ölkədəki 20 sığorta şirkətindən 13-də sığorta haqlarının artımı, 7 şirkətdə isə azalma baş verib.
Yığımlarını ən çox artıran şirkət «Meqa Həyat»dır – il ərzində şirkətin topladığı sığorta haqları 4 dəfə artıb.
«İpək Yolu» sığortanın yığımları 31%, «A-Qroup» sığortanın yığımları isə 29,5% artıb.
«Azərbaycan Sənaye Sığorta» ASC isə ili 20% artımla başa vurub.
Yığımları azalan şirkətlər gəlincə, «Günay Sığorta»da sığorta haqları 19%-ə yaxın, «Meqa Sığorta»da 14,6% azalıb.
| 
 | Sığorta haqları dinamika (yanvar-dekabr, 2021-2022) | ||
| ŞİRKƏTLƏR | Mütləq (min manat) | Dinamika (%) | |
| 1 | "Meqa Həyat Sığorta" ASC | 1 889 | 4,0 dəfə | 
| 2 | "Xalq Həyat Sığorta" Şirkəti | 2 279 | 36,2% | 
| 3 | "Bakı Sığorta" ASC | 1 556 | 32,5% | 
| 4 | “Paşa Həyat Sığorta” ASC | 100 292 | 32,0% | 
| 5 | “İpək Yolu Sığorta” ASC | 4 876 | 31,2% | 
| 6 | “A-Qroup Sığorta Şirkəti” ASC | 5 612 | 29,5% | 
| 7 | "Aqrar Sığorta" ASC | 2 879 | 25,6% | 
| 8 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 9 406 | 21,3% | 
| 9 | “Azərbaycan Sənaye Sığorta” ASC | 2 441 | 20,3% | 
| 10 | “Paşa Sığorta” ASC | 35 902 | 20,0% | 
| 11 | “Xalq Sığorta” ASC | 6 728 | 18,9% | 
| 12 | “Atəşgah” Sığorta Şirkəti | 4 648 | 18,5% | 
| 13 | “Qala Həyat” Sığorta Şirkəti | 2 010 | 10,4% | 
| 14 | “AzSığorta” ASC | -246 | -2,2% | 
| 15 | "Naxçıvansığorta" ASC | -177 | -7,0% | 
| 16 | “Qala Sığorta” ASC | -3 494 | -8,0% | 
| 17 | “Meqa Sığorta” ASC | -3 599 | -14,6% | 
| 18 | “Günay Sığorta” ASC | -1 840 | -18,8% | 
| 19 | “AtaSığorta” ASC | -6 630 | -55,5% | 
| 20 | “Azərsığorta” Dövlət Sığorta Şirkəti | -37 606 | -69,6% | 
| YEKUN | 126 925 | 15,0% | |


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








