Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si bu il yanvarın 1-nə aktivlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.
FED.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (207,887 milyon manat), "PAŞA Sığorta" (153,036 milyon manat), "Azsığorta" (61,01 milyon manat), "Atəşgah Həyat Sığorta" (55,792 milyon manat) və "Xalq Sığorta" (52,915 milyon manat) ASC-lərdir.
Adları çəkilən 5 şirkətin məcmu aktivləri 530,64 milyon manat təşkil edir ki, bu da bazarın 59,3%-i deməkdir. Qalan 15 sığorta şirkətindən 14-nün aktivləri 10-50 milyon manat arasında, 1-nin - "Amrah Sığorta" ASC-nin aktivləri isə 6,735 milyon manatdır.
20 şirkətdən 5-i ötən il aktivlərini artırıb. Ən yüksək müsbət dinamika "Günay Sığorta" ASC-də (44,2%), ən aşağı müsbət dinamika isə "Azsığorta" ASC-də (0,9%) qeydə alınıb. Qalan 15 sığorta şirkətinin isə aktivləri azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (36,9%), ən aşağı mənfi dinamika isə "A-Qrup Sığorta" ASC-də (0,65%) baş verib.
Ötən ilin sonuna 20 sığorta şirkətindən 5-də uzunmüddətli aktivlər 10 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (33,883 milyon manat), "PAŞA Sığorta" (28,568 milyon manat), "Qala Həyat Sığorta" (19,329 milyon manat), "Meqa Sığorta" (12,585 milyon manat) və "Atəşgah Sığorta" (12,561 milyon manat) ASC-lərdir.
Adları çəkilən 5 şirkətin məcmu uzunmüddətli aktivləri 106,926 milyon manat təşkil edir ki, bu da bazarın 64,1%-i deməkdir. Qalan 15 sığorta şirkətindən 12-nin uzunmüddətli aktivləri 1-10 milyon manat arasında, 3-nün uzunmüddətli aktivləri isə 1 milyon manatdan azdır. Bunlar "Amrah Sığorta" (20 min manat), "Azərbaycan Sənaye Sığorta" (654 min manat) və "A-Qrup Sığorta" (820 min manat) ASC-lərdir.
20 şirkətdən 14-ü 2017-ci ildə uzunmüddətli aktivlərini artırıb. Ən yüksək müsbət dinamika "Rəvan Sığorta" ASC-də (5,2 dəfə), ən aşağı müsbət dinamika isə "Atəşgah Sığorta" ASC-də (1%) qeydə alınıb. Qalan 6 sığorta şirkətinin isə uzunmüddətli aktivləri azalıb. Ən yüksək mənfi dinamika "Azərbaycan Sənaye Sığorta" ASC-də (82,6% az), ən aşağı mənfi dinamika isə "Atəşgah Həyat Sığorta" ASC-də (0,5%) baş verib.
***
Bu ilin əvvəlinə 20 sığorta şirkətindən 4-də qısamüddətli aktivlər 50 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (174,004 milyon manat), "PAŞA Sığorta" (124,469 milyon manat), "Azsığorta" (53,567 milyon manat) və "Atəşgah Həyat Sığorta" (50,334 milyon manat) ASC-lərdir.
Adları çəkilən 4 şirkətin məcmu qısamüddətli aktivləri 402,374 milyon manat təşkil edir ki, bu da bazarın 55,2%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 13-nün qısamüddətli aktivləri 10-50 milyon manat arasında, 3-nün qısamüddətli aktivləri isə 10 milyon manatdan azdır. Bunlar "Amrah Sığorta" (6,715 milyon manat), "Bakı Sığorta" (7,456 milyon manat) və "Rəvan Sığorta" (7,969 milyon manat) ASC-lərdir.
20 şirkətdən 5-i ötən il qısamüddətli aktivlərini artırıb. Ən yüksək müsbət dinamika "Qala Sığorta" ASC-də (37,6%), ən aşağı müsbət dinamika isə "Azsığorta" ASC-də (2%) qeydə alınıb. Qalan 15 sığorta şirkətinin isə qısamüddətli aktivləri azalıb. Ən yüksək mənfi dinamika "Rəvan Sığorta" ASC-də (47% az), ən aşağı mənfi dinamika isə "PAŞA Sığorta" ASC-də (0,4%) baş verib.
"Naxçıvan Sığorta" ASC aktivlərinin məbləği barədə məlumat verməyib.
Eləcə də bax: Sığortaçılardan 15-i aktivlərini azaldıb
Eləcə də bax: Həkimləri məcburi sığortalayacaqlar – QANUN DƏYİŞİR