Azərbaycanda son bir ildə yığımları artan və azalan şirkətlər məlum olub. FED.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən 22 sığorta şirkətindən 10-nun yığımları artıb, 11 şirkətin yığımları isə azalıb. Bir şirkət “Xalq Həyta” yeni olduğundan yığımlar göstərilmir.
Faiz göstəricisi üzrə yığımları azalan sığorta şirkətləri “AXA MBASK”(14,7dəfə), “Azərbaycan Sənaye Sığorta”(36,5%), “Atəşgah Həyat”(30,9%),”Paşa Həyat” (21,4%), “AzSığorta”(17,9%), “Ata Sığorta”(15,8%), “Qala Həyat” (15%), “Meqa Sığorta”(14,2%), “Amrah Sığorta” (5,5%), “Standart İnsurance”(5%) və “Atəşgah” (2,4%) sığorta şirkətləridir.
Eləcə də bax:Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - MƏBLƏĞ, FAİZ (01.09.2019)
Məbləğ üzrə sığorta yığımları ən çox azalan sığorta şirkətləri isə aşağıdakılardır:
“Paşa Həyat”(44 mln785 min manat), “AXA MBASK”(13 mln 455 min manat), “Atəşgah Həyat”(12 mln 786 min manat), “Meqa Sığorta”( 3mln 151 min manat),”Azərbaycan Sənaye Sığorta”(2 mln 636 min manat), “Ata Sığorta” (2 mln 576 min manat),” AzSığorta”(2 mln 476 min manat), “Qala Həyat” (1 mln 853 min manat), “Atəşgah Sığorta”(700 min manat), “Standart İnsurance”(523 min manat),”Amrah Sığorta”(22 min manat).
Siyahıdan da göründüyü kimi həm faiz , həm də məbləğ baxımından ən çox azalma “AXA MBASK” sığorta şirkətində olub.