Sığorta haqqında ən çox artım göstərən şirkətlər məlum olub. FED.az xəbər verir ki, sığorta yığımlarında istər faizlə, istərsə də məbləğ baxımından ən çox artım “Xalq Sığorta” şirkətində olub. Belə ki, ötən ilin 8 ayı ilə müqayisədə bu il “Xalq Sığorta”nın yığımları 3,7 dəfə və ya 12 milyon 592 min manat artıb.
“Xalq Sığorta”dan sonra yığımları məbləğ üzrə ən çox artan isə “Paşa Sığora” və “Qala Sığorta” şirkətləri olub. Belə ki, “Paşa Sığorta”da artım 8 milyon 162 min manat (8,45%), “Qala Sığorta”da isə 6 milyon 061 min manat (64%) olub.
Faiz artımında ən yüksək göstəriciləri isə “Xalq Sığorta”dan sonra “Naxçıvan Sığortaya” 2 dəfə artım(177,66 min manat), “Rəvan Sığorta” 69% (744,65 min manat), “Qala Sığorta” 64,26%(6 milyon 061 min manat) məxsus olub.
Ümumilikdə isə ötən ilin 8 ayı ilə müqayisədə bu ilin 8 ayında 10 sığorta şirkəti artım nümayiş etdirib.
Daha ətraflı aşağıdakı cədvəldən tanış olmaq olar.
№ |
Sığortaçının adı |
Sığorta Haqları dinamikası Faizlə |
1 |
“Xalq Sığorta” ASC |
3,7 dəfə artım |
2 |
"Naxçıvansığorta"ASC |
2 dəfə artım |
3 |
“Rəvan Sığorta”ASC |
69,01% |
4 |
“Qala Sığorta”ASC |
64,26% |
5 |
“A-Qroup Şirkəti”ASC |
26,96% |
6 |
“Bakı Sığorta”ASC |
19,44% |
7 |
“İpək Yolu Sığorta” ASC |
12,57% |
8 |
“Amrah Sığorta”ASC |
12,08% |
9 |
“Paşa Sığorta”ASC |
8,45% |
10 |
AzərSığorta DŞ |
5,37% |
№ |
Sığortaçının adı |
Sığorta Haqları dinamikası Məbləğlə (min manat) |
1 |
“Xalq Sığorta” ASC |
+ 12 592,0 |
2 |
“Paşa Sığorta”ASC |
+8 161,54 |
3 |
“Qala Sığorta”ASC |
+6 061,88 |
4 |
AzərSığorta DŞ |
+2 020,43 |
5 |
“İpək Yolu Sığorta” ASC |
+1 943,28 |
6 |
“A-Qroup Şirkəti”ASC |
+1 191,95 |
7 |
“Rəvan Sığorta”ASC |
+744,65 |
8 |
"Naxçıvansığorta"ASC |
+177,66 |
9 |
“Bakı Sığorta”ASC |
+132,65 |
10 |
“Amrah Sığorta”ASC |
+37,98 |