2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 29 milyon 849,1 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3,7 dəfə azdır.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR,2021)
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, hesabat dövründə sığorta sektorunun gəlirləri 2020-ci ilin 9 ayı ilə müqayisədə 5,8% - 700 milyon 108,8 min manata qədər azalıb.
Sığorta haqları 5,3% - 672 milyon 863,2 min manata qədər artıb, xalis sığorta ehtiyatları 68 milyon 962,5 min manat azalıb.
İnvestisiya gəlirləri 44,504 milyon manat (azalma 12,5%), sığorta haqlarında təkrar sığortaçıların payı 35 milyon 663,2 min manat (artım 1,9 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 7,5% - 662 milyon 73,2 min manatadək artıb. Sığorta ödənişləri 406 milyon 825,2 min manat (artım 31%), təkrar sığorta ödənişləri 89 milyon 188,7 min manat (azalma 30,7%), işin aparılması xərcləri 145 milyon 758,1 min manat (artım 0,7%) təşkil edib.
2021-ci ilin 9 ayı ərzində sığortaçılar 8 milyon 186,5 min manat məbləğində (azalma 55%) mənfəət vergisi ödəyiblər.
2021-ci il oktyabrın 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxsdir (7 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, oktyabrın əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 12 broker şirkəti fəaliyyət göstərib.