2021-ci il sentyabrın 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 360 milyon 806,4 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,5% çoxdur.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR,2021)
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bank hesablarında 372,755 milyon manat və ya aktivlərin 27,4%-i (azalma 14,4%), uzunmüddətli maliyyə aktivlərində 418 milyon 729,5 min manat (artım 9,3%), debitor borclarında 198 milyon 853,5 min manat (artım 23,1%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2021-ci il oktyabrın əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 389 milyon 628,2 min manat (artım 2,2%) təşkil edib.
1 oktyabr 2021-ci il tarixinə sektorun sığorta ehtiyatları 752 milyon 65,8 min manat (artım 11,5%), ümumi bölüşdürülməmiş mənfəəti 60 milyon 333,7 min manat (azalma 1,9 dəfə) təşkil edib.
2021-ci il oktyabrın 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1878,3 manat təşkil edib, bu isə 2020-cu ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.
Ötən il oktyabrın 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-i sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 12-i isə broker şirkətidir.