2021-ci il ərzində “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 3 mln. 920 min 118,1 manat təşkil edib.
Eləcə də bax: “Meqa Sığorta” dirçələ bilmir – MİLYONLARLA PUL İTKİSİ DAVAM EDİR
FED.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Xəbər verildii kimi, 2020-ci ildə “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 5 mln. 727 min 168,54 manat təşkil edib. Beləliklə, hesabat ilində şirkətin xalis mənfəəti 2020-ci illə müqayisədə 31,6% azalıb.
Şirkətin maliyyə hesabatına əsasən, hesabat dövründə şirkətin gəlirləri 25 mln. 852 min 906,95 manat, sığorta haqları 24 mln. 650 min 738,83 manat (2020-ci illə müqayisədə azalma 13,7%), investisiya gəlirləri 1 milyon 305 min 935,84 manata bərabər olub. Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə olunub.
2021-ci il ərzində “Meqa Sığorta” şirkətinin xərcləri 20 mln. 952 min 759,33 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 5 mln. 324 min 403,79 manat (artım 9,5%), sığorta işinin aparılması xərcləri 5 mln. 839,579 min manat, təkrar sığortaya verilən sığorta haqları 9 mln. 296 min 805,25 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat dövründə şirkətin vergiöncəsi mənfəəti 4 mln. 900 min 147,62 manat, mənfəət vergisi üzrə ödənişləri 980 min 29,52 manat təşkil edib.
2021-ci ildə şirkətin aktivləri 7,1% - 46 mln. 699 min 275,71 manata qədər, məcmu kapitalı 3,2% - 27 mln. 812 min 357,44 manata qədər, öhdəlikləri 12,2% - 18 mln. 886 min 918,27 manata qədər artıb.
Hesabat dövründə şirkət nizamnamə kapitalını 23 mln. manat səviyyəsində qalıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 0,8% - 6,45 mln. manata qədər azalıb.
“Meqa Sığorta” şirkəti 2010-cu il oktyabrın 1-dən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir. (İnterfaks-Azərbaycan)