Maliyyə Bazarları Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar ayı üçün sığorta bazarının göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bu il şirkətlərin bazar paylarında maraqlı dəyişikliklər baş verib. Əvvəla, bütün həyat sığortası şirkətlərinin bazar payı azalıb. Həyat sığorta şirkətlərində azalmanın səbəbləri burada izah edilib.
Eləcə də bax:8 sığorta şirkəti geriləyib - SİYAHI
«Paşa Holdinq»ə daxil olan iki şirkət «Paşa sığorta» və «Paşa həyat»ın ümumi bazar payı azalaraq 67,31%-dən 64,96%-ə düşüb. Bunun səbəbi «Paşa Həyat Sığorta»da müşahidə olunan azalmadır.
Bazarda ilk 5 yeri tutan şirkətlərin ümumi bazar payı 82,59% olub, ötən il isə ilk 5 şirkətin bazardakı payı 82,36% idi. Başqa sözlə, son bir ildə ilk 5-lik payını 0,23% artırıb. Ötən il olduğu kimi bu ildə bazarda ilk 3-lükdə “Paşa Sığorta”, “Paşa Həyat Sığorta” və “İpək Yolu Sığorta”dır. İlk 3-ün bu il bazar payı ötən ilə nəzərən azalıb. Ötən il ilk 3-lükdə olan bu sığorta şirkətlərinin bazar payı 75,17%,bu il isə 72,58% olub. Bu da 2,59% azalmanı göstəriri.
Bu il kiçik şirkətlərin sayı artıb. Belə ki, ötən il bazar payı 1%-i keçməyən şirkətlərin sayı 9 idisə, bu il 10-a çatıb. Bazar payı ən az olan 3 sığorta şirkəti ötən il olduğu kimi bu ildə “Bakı Sığorta”, “Amrah Sığorta” və “Naxçıvan Sığorta” olub. Bu sığorta şirkətlərinin bazar payı ötən ilə nisbətən 0,01% azalaraq 0,12%-ə enib.
2019-cu ildə sığorta şirkətlərinin - BAZAR PAYI DƏYİŞİB – CƏDVƏL
17:43
26 Fev 2019