"2019-cu il sığorta sahəsi üçün ən önəmli illərdən olacaq"
20:14
15 Mart 2019
Almaniyanın ən məşhur sığorta şirkətlərindən olan “VHV Reasürans”-ın baş direktoru Maksimilian Stahl çox maraqlı açıqlaması ilə gündəmə gəlib. FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, adıçəkilən şirkət rəhbəri 2019-cu ilin sığorta sahəsi üçün ən önəmli və dönüş ili olacağını bildirib. Almaniyalı iş adamı açıqlamasında Türkiyənin sığorta sektoruna da toxunaraq vurğulayıb ki, bu sahə adıçəkilən ölkədə son dövrlər böyük inkişaf yolu keçib və 2019-cu ildə də davam edəcək. Türkiyə iqtisadiyyatının 2018-ci ilə yaxşı başlanğıc etdiyini deyən M. Stahl qeyd edib ki, ötən ilin ilk rübündə bu ölkədə 7.2%, ikinci rübündə isə 5.3 %-lik böyümə baş verib: “2019-cu ildə sığorta sektorunu bütün dünyada olduğu kimi Türkiyədə də, dönüş ili kimi qəbul etmək daha məntiqli olar. Unutmayaq ki, sığorta sektoru hər zaman üçün real bir böyümə potensialı saxlayır və iqtisadi proseslər, konyuktura nə qədər mənfi olursa olsun bütövlükdə müsbət istiqamətdə gedir".