Azərbaycanın sığorta sektoru özünə gəlməyə başlayıb.
FED.az xəbər verir ki, bu, sığorta bazarının requlyatoru Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı yanvar ayının yekun rəqəmlərindən məlum olur.
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR 2020)
Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR 2020)
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR 2020)
Yanvar ayında sığorta bazarında yığımlar 23,36 milyon manat və ya 26,5% artıb.
Ötən ay sığorta bazarındakı 20 şirkətin 17-də artım, 3-də azalma olub. Azalma «Atasığorta», «Atəşgah» və Azərbaycana tərk etməyə hazvrlaşan və ona görə də yeni müqavilələr bağlamayan «AXA Mbask» şirkətlərində baş verib.
Yanvarda 7 şirkətin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Ən byöük artım «Naxçıvansığorta»da baş verib – 12,4 dəfə. «Amrah sığorta»da 5,8 dəfə, «Sənaye sığorta»da isə 4 dəfə artım olub.
«Günay sığorta», «Standard insurance», «Qala Sığorta» və «A-Yroup» sığortada da artım dəfə ilə ölçülür.
Məbləğ baxımından sığorta yığımlarının ən böyük artımı «Paşa Sığorta» (10,16 milyon manat), «Qala Sığorta» (4,18 milyon manat) və «Paşa Həyat Sığorta»dadır (4,11 milyon manat).