Bu ilin yanvar-fevral ayılarının nəticəsinə görə, Azərbaycanın sığorta şirkətlərinin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 49% artıb.
FED.az xəbər verir ki, bu dövrdə ölkədəki 22 sığorta şirkətinin 16-nın sığorta ödənişləri əvvəlki illə müqayisədə artıb, 5-i azalıb.
Bir sığorta şirkəti isə ötən işləmədiyi üçün artım və ya azalma olmayıb.
Ödəniş məbləğ üzrə ən çox artım “İpək Yolu Sığorta” şirkətində olub. Belə ki, şirkətdə ödənişlər ötən illə müqayisədə 11,2 dəfə artıb. Siyahıda 3,4 dəfə artımla “Azərbaycan Sənaye Sığorta” ikinci pillədə qərarlaşıb. “Amrah Sığorta” 3,1 dəfə artımla üçüncüdür.
Digər şirkətlərin ödəniş dinamikasındakı artım belə davam edib: “Standart İnsurance” 3,0 dəfə, “Qala Həyat” 2,6 dəfə, “Bakı Sığorta” 2,4 dəfə, “Rəvan Sığorta” 2,3 dəfə, “Xalq Sığorta” 1,5 dəfə artıb.
Ödənişin ən çox azalması “AXA MBASK” şirkətində olub. Belə ki, şirkətin ödənişləri əvvəlki illə müqayisədə 10 dəfə azalıb. “Naxçıvansığorta” 100%, “AtaSığorta” 19%, “Atəşgah” 10%, “A-Qroup Sığorta Şirkəti” isə 3% azalma ilə son beşliyə düşüblər.