Azərbaycanda sığorta bazarının son vəziyəti açıqlanıb.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUN 2020)
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar-iyun aylarında Azərbaycanda 400 959 min manat sığorta haqqı toplanılıb, 184 843 min manat sığorta ödənişi edilib.
Bu dövrdə ölkədəki 21 sığorta şirkətindən 15-nin yığımları artıb, 6 şirkətdə azalıb.
Faiz nisbətində sığorta haqlarının ən sürətli artımı «Xalq Həyat» (6,8 dəfə), «Amrah sığorta» (4 dəfə) və «Naxçıvan sığorta» (2,7 dəfə) müşahidə edilib.
Ən böyük azalma isə «AXA Mbask» şirkətində (200 dəfə), «Atəşgah» (30,1%) və «Atasığorta» (22%) şirkətlərində qeydə alınıb.
Sözügedən şirkətlərlə yanaşı, bu dövrdə «Rəvan sığorta» (16,5%), «Meqa sığorta» (10,3%) və «Azsığorta» (10,2%) şirkətlərinin də yığımları azalıb.
Məbləğ baxımından bu dövrdə sığorta yığımları ən çox artan şirkətlər «Paşa Həyat» (23,5 milyon manat), «Paşa Sığorta» (11 milyn manat) və «Qala Sığorta» (6,4 milyon manat) olub.
Məbləğ baxımından ən böyük azalma «Atəşgah»da (5,3 milyon manat), «Atasığorta»da (2,06 milyon manat) və «Meqa Sığorta»da (1,5 milyon manat) qeydə alınıb.