2020-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımlarının artb-azalması məlum olub.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL 2020)
FED.az xəbər verir ki, sığorta şirkətlərindən 15-nin sığorta yığımları artıb, 6-nın isə azalıb.
Sığorta yığımı məbləğ ifadəsi ilə ən çox “Paşa Həyat” (25,53 milyon manat), “Paşa Sığorta” (13,45 milyon manat), “Qala Sığorta” (6,06 milyon manat), “Meqa Sığorta” (4.84 milyon manat) şirkətlərində artıb.
Məbləğə görə ən böyük azalma isə “AXA MBASK” (996 min manat), “AZSIĞORTA” (1,38 milyon manat), “AtaSığorta” (2,62 milyon manat), “Atəşgah” (9,21 milyon manat) şirkətlərində olub.
Faiz ifadəsi ilə ən çox artım "Xalq Həyat" (6,7 dəfə), “Amrah Sığorta” (4,1 dəfə), "Naxçıvansığorta" (2,7 dəfə) və “Sənaye Sığorta” (97,3%) şirkətlərində olub.
Həmçinin faizlə ifadədə ən böyük azalma “AtaSığorta” (23,8%), “Rəvan Sığorta” (30,5%), “Atəşgah” (40%) və “AXA MBASK” (186,4 dəfə) şirkətlərində olub.