Azərbaycanda 11 sığorta şirkətinin yığımları 1 milyon manatdan çoxdur.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, 22 sığorta şirkətindən 11-i bu ilin sentyabr ayında 1 milyon manatdan çox sığorta haqqı toplayıb.
1 milyon manatdan çox sığorta haqqı toplayan sığorta şirkəti aşağıdakılardır.
Eləcə də bax:Sığorta ödəniş/yığım nisbəti dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ – FAİZ (01.09.2019)
“Paşa Həyat”( 15 mln 817 min manat), “Paşa Sığorta” (14 mln 215 min manat), “Atəşgah Həyat”( 3 mln 594 min manat), “Qala Sığorta”( 2 mln 709 min manat), “Meqa Sığorta”( 2 mln 286 min manat), AzərSığorta (2 mln 266 min manat), “Xalq Sığorta” (2 mln 265 min manat), “Atəşgah” Sığorta Şirkəti (2 mln 195 min manat), “AZSIĞORTA”( 1 mln 533 min manat), “AtaSığorta”( 1 mln 382 min manat), “Standard Insurance”( 1 mln 320 min manat) təşkil edib.