Sığorta

105 min dollarlıq «Lexus» üçün - 250 MİNLİK ÖDƏNİŞ TƏLƏBİ – MƏHKƏMƏ QƏRARI

105 min dollarlıq «Lexus» üçün - 250 MİNLİK ÖDƏNİŞ TƏLƏBİ – MƏHKƏMƏ QƏRARI | FED.az
14:30 30 Dek 2019

Xəbər verildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu «AXA MBASK» Sığorta Şirkətinin şikayəti üzrə Ali Məhkəmənin 26 iyul 2019-cu il tarixli qərarının ölkə konstitusiyasına və qanunlarına uyğunluğunu araşdırıb və həmin qərar ləğv edilib. 

FED.az xəbər verir ki, həmin məhkəmə mübahisəsinin başlanmasına səbəb «AXA MBASK» şirkətində 2012-ci ildə sığortalanan “Lexus” avtomobilb və onunla baş verən hadisə olub. 2012-ci ildə Ruslan İbadov adlı şəxs və “AXA MBASK” arasında bağlanmış sığorta müqaviləsinə əsasən R.İbadova məxsus minik avtomobili 3 il müddətinə 105 000 ABŞ dolları məbləğində sığortalanıb.

Eləcə də bax:“AXA MBASK”ın lisenziyası məhdudlaşdırıldı - PALATANIN QƏRARI

Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11 iyun 2015-ci il tarixli qərarına əsasən həmin maşın istintaqa məlum olmayan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilib və 22 avqust 2014-cü il tarixində qaçaqmalçılıq yolu ilə Azərbaycandan kənara çıxarılaraq satılıb. Həmin cinayət işi üzrə R.İbadov zərərçəkmiş şəxs kimi tanınıb. Maşının sahibi hadisə barədə “AXA MBASK”a məlumat verib və ondan ödəniş tələb edib.Amma qarşı tərəf oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi nəzərdə tutulmaması səbəbindən sığorta məbləğini verməkdən imtina edib. 

Öz növbəsində R.İbadov sığorta hadisəsinin baş verməsini iddia edərək, “AXA MBASK” Sığorta Şirkəti ASC-dən 105.000 ABŞ dolları məbləğində sığorta ödənişinin və 149.100 ABŞ dolları məbləğində dəbbə pulunun ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. 

İşə baxan birinci instansiya məhkəməsi qərara gəlib ki, avtomobil dələduzluq məqsədilə talanıb, cinayət işi də bu fakta görə qaldırılıb, bu ha lisə sığorta müqaviləsində nəzərdə tutumayıb. Ona görə də, məhkəmə iddiaçının (avtomobilin sahibinin) tələbini rədd edib. 

Qərardan narazı qalan avtomobil sahibi apellyasiya məhkəməsinə müracit edib və əvvəl apelyyasiya məhkəməsi, sonra isə Ali Məhkəmədə avtomobil sahibinin xeyrinə qərar çıxarıb. Daha dəqiqi, sığorta şirkətindən ödənişin verilməsi tələb olunub. 149 min dollarlıq dəbbə pulu tələbi isə təmni edilməyib.  

Cavabında «AXA MBASK» şirkəti Konstitusiya Məhkəməsinə şikayət edib və məsələ bu instansiyada araşdırılaraq sığorta şirkətinin xeyrinə qərar çıxarılıb. KM-in qərarında deyilir ki müqavilədə sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri nəzərdə tutulur, dələduzluq cinayəti isə bü müqavilədə sığorta riskləri dairəsinə salınmmyıb. Və bu vəziyyət sığorta ödənişindən imtina üçün əsasdır. 

Digər xəbərlər

Banner