2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin 10-də yığımlar artıb, 12 şirkətdə isə azalıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, bu dövrdə yığımların ən çox artımı «Xalq Sığorta» və «Naxçıvan sığorta»da qeydə alınıb – müvafiq olaraq 3,15 dəfə və 3,1 dəfə.
Eləcə də bax: Azərbaycanda könüllü sığorta azalıb, icbari sığorta - ARTIB
«Rəvan Sığorta»nın yığımları 75%, «Qala Sığorta»da isə təqribən 52% artıb.
Faiz ifadəsində yığımları ən çox azalan şirkətlər isə isə «AXA Mbask», «Sənaye Sığorta» və «Atəşgah Sığorta»dır.
Məbləğ ifadəsində sığorta haqları ən çox artan şirkət «Xalq Sığorta» və «Paşa Sığorta» olub – 15,2 milyon manat və 14,6 milyon manat.
Məbləğ ifadəsində ən çox azalma olan şirkət isə «Paşa Həyat Sığorta» və «Atəşgah Sığorta»dır – 46,7 milyon manat və 14,9 milyon manat.
FED.az yanvaroktyabr aylarında sığorta şirkətlərinin yığımlarının dinamikasını məbləğ və faiz ifadəsində təqdim edir.