Azərbaycanın “Rəvan Sığorta” şirkəti ilk filialını istifadəyə verib. Bu barədə FED.az saytına şirkətin İdarə Heyətinin sədri Fərhad Aslanov məlumat verib.
F.Aslanovun sözlərinə görə, Gəncə şəhəri, Heydər Əliyev pr.698-704 ünvanında yerləşən filial tam işçi heyəti ilə təmin olunub. Filialda hazırda yalnız könüllü sığorta növləri üzrə satış əməliyyatları həyata keçirilir. Ödəniş əməliyyatları aparılmadığına görə, filialda işçi heyəti yalnız direktor və iki işçidən ibarətdir.
Qeyd edək ki, şirkət “Rəvan Sığorta” brendi altında 2009-cu ildən fəaliyyətə başlayıb. Gəncə filialı şirkətin ilk filialı hesab olunur. Şirkətin səmhlərinin 100%-i “Nurgun Şirkətlər Qrupu“na məxsusdur. Cari ilin aprelin ayının 1-nə şirkətin nizamnamə kapitalı 8,9 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin müvafiq əmri ilə, 15 oktyabr 2009-cu il tarixində sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.
10 illik fəaliyyəti dövründə ilk filialını açdı
17:01
2 Aprel 2019