Banner

Sığorta

  “Sığorta şirkətləri vətəndaşları süründürür” - AÇIQLAMA - FAKTLAR

   “Sığorta şirkətləri vətəndaşları süründürür” - AÇIQLAMA - FAKTLAR | FED.az
10:59 27 Dek 2019

Sığorta mütəxəssisi İlkin İbrahimov sığorta şirkətlərini öz müştərilərinə qarşı dürüst olmağa çağırıb.

FED.az xəbər verir ki, tanınmış ekspert sığorta şirkətlərini vətəndaşları süründürməsində ittiham edərək aşağıdakıları bildirməklə yanaşı əsaslı faktlarlarla nümunələr gətirib.

Eləcə də bax: Sığorta şirkətləri "Sədərək"lə "Binə"yə - YAXIN DURMUR - AÇIQLAMA

“Son vaxtlar əmlakın sığortası müzakirə mövzususdur. Əksər ekspertlər və KİV təktərəfli olaraq vətəndaşları günahlandırırlar.  KİV-ləri və bir çox ekspertləri başa düşürəm, sığorta şirkətləri ilə əməkdaşlıq edirlər. Amma nə üçün onu da yazmırsınız ki, əmlakın sığortasına vətəndaşlar tərəfindən indiyədək marağın olmamasının bir səbəbi də sığorta şirkətlərinin vətəndaşı süründürməsidir” – deyə İlkin İbrahimov bildirib.

Ekspert bildirib ki, yanvarın 1-dən sığortası olmayanlara qarşı heç kimə protokol yazılmayacaq, çünki ən azından  protokolun nümunəsi hazırlanmayıb. İlkin İbrahimov sığorta şirkətlərinin müştəriləri incitməsi ilə bağlı konktret faktlar da göstərib

SÜRÜNDÜRMƏÇİLİK FAKTLARI

1. "Paşa sığorta" - Horadizdə qaçqınkomun təhvil verdiyi evi , 2 ildir təhvil verilən həmin evi sığorta şirkətinin sığortalaması və sığorta hadisəsinin baş verməsinə baxmayaraq , Mərkəzi Bankın göstərişini ayaqlar altına alaraq saymadıqca necə səğorta yığımlarından danışaq?

2. "Azərsığorta"nin 2017 ci ildə vətəndaşın evində yanğın baş verməsinə baxmayaraq nəzarət edici orqana yalan məktub yazaraq ki, " yanan ev sığortalanmayıb" deyənlər nə qədər ki, cəzalanmayıb, sığortanın inkişafından danışmaq tezdir.

3. "Azsığorta" şirkəti 80 nəfərlik Ticarət mərkəzində yanğına görə vətəndaşa gülməli məbləğ təklif edir. Sahiblarlar konfederasiyası da heç bir müraciət filan etmir.

 

Digər xəbərlər

Banner