2025-ci ilin oktyabr ayında “İnnovasiyalar Mərkəzi” MMC və “Atəşgah” Sığorta Şirkəti ASC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində məktəblilər üçün silsilə maarifləndirici təlimlərə başlanılıb.
FED.az xəbər verir ki, əməkdaşlıq innovativ yanaşmaların təşviqi və gənclərin inkişaf imkanlarının genişləndirilməsinə yönəlib.
Təşəbbüs çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzində “Atəşgah”ın dəstəyi ilə yaradılan “AI Zona” təlim otağı fəaliyyətə başlayıb. Təlimlərdə şagirdlər süni intellekt alətlərindən istifadə, təhlükəsizlik və sığorta sahəsi üzrə əsas bilikləri praktiki şəkildə mənimsəyirlər.
Bu günə qədər layihədə iki yüzdən artıq məktəbli iştirak edib.Təlim mövzuları aşağıdakılardır:
- Daşınar və daşınmaz əmlak üzrə risklərin azaldılması və təhlükəsizlik;
- İlkin tibbi yardım üzrə əsas qaydalar;
- Yol-nəqliyyat təhlükəsizliyi və maarifləndirici müzakirələr;
- Sığorta sahəsinin əsas anlayışları və icbari sığorta növləri.
Valideynlərin də prosesə cəlb edilməsi maarifləndirmənin daha geniş auditoriyaya çatmasına və sığorta mədəniyyətinin güclənməsinə müsbət təsir göstərir.
“Atəşgah” Sığorta Şirkəti gələcəkdə də innovativ və sosialyönümlü layihələrin davam etdirilməsini, gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək verməyi hədəfləyir.





![ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə - [red]START VERDİ[/red] | FED.az](upload/news/small/2646671.jpg)
![ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə - [red]START VERDİ[/red] | FED.az](upload/news/small/3068914.jpg)
![ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə - [red]START VERDİ[/red] | FED.az](upload/news/small/2224798.jpg)
![ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə - [red]START VERDİ[/red] | FED.az](upload/news/small/1892200.jpg)
![ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə - [red]START VERDİ[/red] | FED.az](upload/news/small/125608.jpg)
![ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə - [red]START VERDİ[/red] | FED.az](upload/news/small/1054611.jpg)
![ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə - [red]START VERDİ[/red] | FED.az](upload/news/small/1666162.jpg)









