İnnovativ yanaşma, çağdaş texnologiyaların tətbiqi ilə cari ilin əvvəllərində 3 yeni dizaynda yeni qızıl sikkənin istehsalına nail olmuşuq. Bu məhsullar məhz bu ilin əlamətdar hadisələri – Heydər Əliyev Fondunun 20 illiyi və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə hazırlanıb.
“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə - HƏSR OLUNUB
FED.az xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində söyləyib.
“İçərişəhər” sikkəsinin “AzerGold”un 2019-cu ildən bu günə qədər ictimaiyyətə təqdim etdiyi sayca 11-ci qızıl sikkə kolleksiyası olduğunu diqqətə çatdıran Zakir İbrahimov sikkələr üzərində İçərişəhərin memarlıq ansamblına aid olan tarix və mədəniyyət abidələrinin həkk olunduğunu deyib: “Kolleksiyada Bakımızın ən qədim hissəsinin qızıl üzərində həkk olunması paytaxtımızın tarixi simasının numizmatika sahəsi üzrə təbliğinə bir töhfədir. Qızıl sikkə ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərindədir”. (Azərtac)