Yüksək Texnologiyalar Parkının ərazisinin daha səmərəli istifadəsi və rezident müəssisələrə təqdim edilməsi məqsədilə tədbirlər görülür
“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Bakı şəhəri, Kazımağa Kərimov küçəsi, 221 ünvanında tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının yerləşəcəyi ərazinin şəhərsalma əsaslandırılması layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilib.
Bununla əlaqədar olaraq istifadə müddəti bitmiş və aktlaşdırılaraq balansdan çıxarılmış tikililərin, o cümlədən avadanlıq və qurğuların kompektləşdirilməsi ilə yanaşı, sökülməsi və ərazidən daşınması işləri həyata keçirilib.