Ümumi ərazisi 2 min 807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır.
Yevlax Pilot Aqroparkında bu il - 600 TON MEYVƏ YIĞILACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinə və qarşıda duran vəzifələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aqropark üzrə 35 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb:
"Rezidentlər tərəfindən 59,4 milyon manat investisiya yatırılıb, 185 daimi və 593 mövsümi iş yeri yaradılıb. Burada intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub".











