“Azərxalça”nın yeni filialları istifadəyə verdilkcə ölkəmizdə xalça və xalça məmulatlarının istehsalı kəskin artır.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında 1 331,4 kv.m xalça və xalça məmulatları istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.9 dəfə çoxdur.
Anbarlarda yığılmış xalça və xalça məmulatları bu ilki istehsaldan çoxdur. Belə ki, 01.11.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 1 854,8 kv.m təşkil edib.


@Marja