"Yerli banklar 69,4 mln. dollar məbləğində kredit xəttini "AzerGold" QSC-nin istifadəsi üçün ayrılrıb"
FED.az xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Eləcə də bax: "AZERGOLD" QSC-də ötən ilin hesabatı - BİRBAŞA - VİDEO
Z.İbrahimovun sözlərinə görə, Cəmiyyətin göstəriciləri uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu qeyd edilməlidir:
"Bunun əyani nümunəsi kimi QSC-nin fəaliyyətə başladığı dövrdə səmərəli fəaliyyətin təşkili məqsədi ilə cəlb edilmiş 148,4 mln. ABŞ dollar dəyərində kredit öhdəliyi, nəzərdə tutulduğundan bir il daha tez qaytarılıb. Kredit öhdəliklərinin 2020-ci ildə tamamilə ödənməsi sayəsində təqribən 2 mln. manat vəsaitə qənaət edilmiş və yerli banklarda 69,4 mln. dollar məbləğində kredit xətti Cəmiyyətin istifadəsi üçün ayrılıb". (Marja)