Neftçalada Nərə Balıqartırma zavodu tikilir.
Eləcə də bax: Nazir: "Azərbaycanda bütün restoranlara satılacaq qədər - NƏRƏ BALIĞI YOXDUR"
FED.az xəbər verir ki, bu barədə Kür Təcrübə Nərə Balıqartırma zavodunun direktoru Elşən Məcidov məlumat verib.
Onun sözlərinə görə, Neftçalada Kür Təcrübə Nərə Balıqartırma zavodunun bir hissəsi yenidən qurulmaqla ərazidə böyük infrastriktura malik nərə balıqartırma zavodu inşa edilir. Yenidənqurma və tikinti işləri son 20 ildə fəaliyyətsiz qalan Kür Təcrübə Balıqartırma zavodunun bazasında aparılır. 64 il əvvəl, Neftçala rayonunun Yenikənd kəndində salınan zavod hazırda ən müasir texnoloji avadanlıqlar tətbiq edilməklə tikilir. Ərazidə inzibati və yardımçı tikililərin inşaası yekunlaşmaq üzrədir.
Zavodda ilkin mərhələdə il ərzində 100 ton əmtəəlk balıq və 10 ton kürü istehsal olunacaq. Əldə edilən məhsulun bir qismi yerli təlabatın ödənilməsinə, qalanı isə ixrac ediləcək.
Yenikənddə olan nərə balıqartırma təsərrüfatında yetişən kiçik balıq körpələrinin 100 qramdan artıq böyüdüyü halda tam təbii olaraq dəniz suyu ilə qidalanan hovuzlarda yetişdirilir. Xəzər dənizində nərə cinsindən olan balıq növünün tükənməsi təhlükəsi olduğundan bu layihənin də əsas məqsədi ekoloji problemin həll olunması istiqamətində atılan addımlardan biridir.
Bundan əlavə, müəssisə sənaye turizmi istiqamətində də fəaliyyət göstərəcək. Belə ki, zavoddakı istehsal sahələrinin bir hissəsi olduğu kimi saxlanılacaq. Balıqçılıqla maraqlanan turistlərə, həmçinin məktəblilər və tələbələrə körpə balıqların yetişdirilməsi prosesi əyani olaraq nümayiş olunacaq.
Qeyd edək ki, zavodun tikintisinə 2018-ci ilin oktyabr ayında başlanılıb və yaxın müddətdə istifadəyə verilməsi gözlənilir. Zavodda dövlət investisiya payı 51% faizdir, qalan pay isə “Azərbaycan Fish Farm” MMC-yə məxsusdur.
Apa