İsmayıllı rayonunda "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin yeni istehsal müəssisəsinin yaradılması bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.
Bölgədə yeni zavod tikiləcək, 68 milyon sərmayə, 100 yeni iş yeri - FOTOLAR
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov şirkətin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimdə çıxışı zamanı bildirilib.
Nazirin sözlərinə görə, müəssisənin yaradılması 100 yeni iş yeri ilə məhdudlaşmır: “O cümlədən burada ekosistem formalaşdırılır. Müasir istehsalda çalışanların bilik və bacarıqları böyük töhfədir. Sərmayə iqtisadi fəallığı da canlandırır".
Nazir qeyd edib ki, bu brend uzun müddətdir ki, Azərbaycanda istehsalçı kimi fəaliyyət göstərir:" Ölkədə ikinci zavodun açılması bir sıra mühüm amillərin nəticəsidir. Ölkə bazarında şirkət özünü rahat hiss etməlidir ki, investisiya ilə bağlı qərar versin. Biz 2021-ci ildə imzalanmış müvafiq anlaşma memorandumuna əsasən bu gün şirkətin investisiyanı alqışlayırıq. Bu, Azərbaycanın investisiya mühitinə və bölgələrin sərmayələr üçün uyğun infrastruktura, insan kapitalına malik olmasını bir daha sübut edir". (Report)